11:06
Hörmətli cənab Prezident,
13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan...
13 iyul 2026, 11:06
Prezident İlham Əliyev “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti kompleksin planını və burada görülən işləri əks etdirən stendlərə baxdı.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, əsas stadionun, məşq bazasının və Qəbələ Futbol Akademiyasının inzibati binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar torpaq sahəsi ayrılmışdır. Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaqdır. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadion ilə yanaşı, kompleksdə əlavə 6 stadion da fəaliyyət göstərəcəkdir. Beşi təbii, biri isə süni örtüklü olan stadionlardan dördü artıq istifadəyə verilmişdir.
Prezident İlham Əliyevə Qəbələ Futbol Akademiyasının yeni binasında aparılan tikinti işləri barədə də məlumat verildi. Qeyd olundu ki, ilyarım ərzində istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın daxilində təbii və süni örtüklü meydançalar, yeməkxana, istirahət otağı və digər yardımçı obyektlər fəaliyyət göstərəcəkdir. İnşaat işləri ilə paralel olaraq “Qəbələ” klubunun uşaq futbol bölmələrinə seçimlər də aparılmışdır. Hazırda akademiyada 200-dək uşaq təlim keçir. Hələlik seçimlər Qəbələ rayonunu, gələcəkdə isə bütün bölgələri əhatə edəcəkdir.
Dövlət başçısı inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Hörmətli cənab Prezident,
13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan...
13 iyul 2026, 11:06Əlahəzrət,
Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş,...
12 iyul 2026, 13:24
Hörmətli cənab Prezident,
11 İyul – Monqolustanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı...
11 iyul 2026, 11:02