İlham Əliyev Qəbələ Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur

18 noyabr 2011, 17:50
İlham Əliyev Qəbələ Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur.

Dövlət başçısı inşaat işlərini əks etdirən stendlərə baxdı.

Diqqətə çatdırıldı ki, Azərbaycan Atçılıq Federasiyasının sifarişi ilə inşa olunan kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılmışdır. İnşaat işlərinə bu ilin iyulunda başlanılmışdır. Ərazidə 4,7 min tamaşaçı yeri olan stadion, 1,6 min metrlik yaşıl ot örtüyündən və 1,6 min metrlik narın qumdan ibarət cıdır meydanı tikiləcəkdir. Bundan başqa, kompleksdə yarışları izləmək üçün 80 kvadratmetrlik monitor, 180 at üçün tövlə, jokeylər üçün 15 ev, konkur oyunları üçün açıq və bağlı manejlər, hər biri 2 min yerlik iki tamaşaçı zalı, gəzinti və istirahət parkı, kafe, restoran, xüsusi avtodayanacaqlar inşa olunacaqdır. Kompleksdə uşaqların at sürməyi öyrənmələri üçün kiçik meydança da tikiləcəkdir.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20