17:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi:
- Çox maraqlı xatirə hədiyyələrinizə görə sizə təşəkkür edirəm. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mütəmadi keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuza görə təşəkkür edirəm. Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasına davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istərdim ki, ötən görüşümüzdən bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanıstan sərhədinə çatdırdıq. Bu, Cənub Qaz Dəhlizinin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə - gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin tamamlanması barədə məlumat verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq.
Mən, həmçinin sizin şəxsən verdiyiniz töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin şadam ki, neft-qaz sektorunda böyük şirkətlərin bir qismi indi kiçik və orta sahibkarlıq müəssisələri ilə çox mühüm əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu da bizim hökumətimiz üçün prioritet təşkil edir. Çünki biz Azərbaycan üçün dayanıqlı inkişafı təmin etmək istəyirik və bizim iqtisadiyyatımızın gələcəyi əhəmiyyətli dərəcədə sahibkarlıqdan, kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətindən və islahatların davam etdirilməsindən asılı olacaq. Ona görə də neft-qaz sektoru yalnız bizim islahatlarımızı lazımi vəsaitlə dəstəkləyən sektor olacaq və biz bu vəsaiti insan kapitalına yönəltməyə, həmçinin özəl sektoru dəstəkləməyə davam edəcəyik. Bir daha xoş gəlmisiniz.
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi və bu istiqamətdə əlaqələrimizin inkişafında BP-nin rolu xüsusi vurğulandı, əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanda aparılan islahatların iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirildi.
Görüşdə kiçik və orta sahibkarlığın inkişafı, alternativ enerji, innovasiyalar, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.


Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və A...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22