İlham Əliyev Qəbələdə “Qafqaz Sport Hotel”in açılışında iştirak etmişdir

18 noyabr 2011, 17:55
İlham Əliyev Qəbələdə “Qafqaz Sport Hotel”in açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də “Qafqaz Sport Hotel”in açılışında iştirak etmişdir.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu.

Məlumat verildi ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılmışdır. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq vardır.

Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilmişdir.

Məlumat verildi ki, otelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı qoyulmuşdur. Buradakı 300 nəfərlik “Lapis” iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunmuşdur. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Otelin 134 yerlik “Mirvari” restoranında əsasən səhər yeməyi veriləcəkdir. Burada, həmçinin sifarişlə işləyəcək 170 yerlik “Safir a la carte”, eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil ediləcəyi 180 yerlik “Firuzə” restoranları da vardır. Restoranlarda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər. Oteldə zəngin menyu təqdim edən bir neçə bar, eləcə də qapalı hovuz da fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, otelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Azərbaycan Prezidenti burada rayonun gənc idmançılarının çıxışlarını izlədi, onlarla xatirə şəkli çəkdirdi.

Qeyd edildi ki, oteldə ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılmışdır. Qonaqlar kompyuter faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər.

Məlumat verildi ki, otelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec inşa olunmuşdur. Burada, həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da yaradılmışdır.

Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31