İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olmuşdur

18 noyabr 2011, 12:30
İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olmuşdur.

Dövlət başçısını salamlayan məscidin axundu dedi:

-Xoş gəlmisiniz, cənab Prezident. Sizi Allahın adı ilə salamlayıram. Möhtərəm Prezident, gözəl şəhərimizdə belə bir məscidin tikintisi üçün göstəriş verdiyinizə görə bütün Qəbələ camaatı, bütün Qəbələ dindarları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Hörmətli Prezident, müqəddəs kitabımız olan bu “Qurani- Kərim”i bizdən qəbul etməyinizi xahiş edirik.

Məscidin axundu milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərən dövlətimizin başçısına müqəddəs “Qurani-Kərim” hədiyyə etdi.

Prezident İlham Əliyev məscidin gələcək görüntülərini əks etdirən fotostendə baxdı. Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər davam etdirilir.

Azərbaycan Prezidentinə məscidin ərazisində aparılan abadlıq işləri barədə də məlumat verildi.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da əsas işlər görülmüşdür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar olacaqdır.

Azərbaycan Prezidenti tikinti işlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla aparılmasına dair tapşırıqlarını verdi.

Milli Məclisin deputatı Fəttah Heydərov dedi: Bu cür məscidlər inşa olunub və olunur. Bunun sayı-hesabı yoxdur.

Prezident İlham Əliyev: Bəli. Həm inşa, həm bərpa olunur.

Fəttah Heydərov: Hər birinin həm memarlığına, həm də quruluşuna diqqət yetirirsiniz.

Prezident İlham Əliyev: Bakıda da məscidlər tikilib, bərpa olunub. Misal üçün, Təzəpir məscidi, Bibiheybət məscidi. Azərbaycanın ən qədim məscidi Şamaxı məscididir. Vaxtilə ermənilər Şamaxını dağıtmış, məscidi yandırmışdılar, amma axıra qədər dağıda bilməmişdilər.

Fəttah Heydərov: Torpağın altında qalmışdı. Bir balaca hissəsi görünürdü. İndi orada böyük kompleks yaradılmışdır.

Prezident İlham Əliyev: Mən birinci dəfə Şamaxıda bu məscidi görəndə dedim ki, biz bunu mütləq bərpa etməliyik. Özü də necə bərpa?! Biz onu yenidən qururuq. Onun tarixi hissəsi, tarixi divarları qalır, yeni minarələr ucaldılır. Ən hündür minarələr orada olacaqdır. Bir də ki o tarixdir. O məscid 700-cü illərdə tikilibdir.

Fəttah Heydərov: Milli mənəvi dəyərlərə bu cür diqqət və qayğıya görə insanlar hər yerdə Sizə minnətdarlıqlarını bildirirlər. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Özü də bax belə, bu səviyyədə tikmək lazımdır – zövqlə, keyfiyyətlə, şəhər memarlığına, şəhərsalma qaydalarına uyğun şəkildə. Yerli icra orqanlarının razılığı ilə, qanuni şəkildə yerlər ayrılmalıdır. Belə gözəl əsərlər dini və memarlıq abidəsi kimi əbədi olaraq qalacaqdır.

Fəttah Heydərov: Çox sağ olun. Mən bu rayondan Milli Məclisin deputatıyam. İnanın, insanlar Sizə çox minnətdarlıq edirlər. Çünki mənəvi ehtiyacları ödəmək üçün bura bir ocaqdır. Bu, azərbaycançılıq ideyasına xidmət edir.

Prezident İlham Əliyev: Gəncədə İmamzadə dini-tarixi kompleksi yenidən qurulur. Bilirsiniz ki, o da qədim ibadət yeridir. O da tamamilə yenidən qurulur. Gözəl, möhtəşəm bir yer, dini mərkəz olacaqdır. Axundun geyimi də mənim xoşuma gəlir. Mən bu barədə şeyx həzrətlərinə də demişəm ki, bizim din xadimlərinin geyimləri də gözəl olmalıdır, əlbəttə ki, bizim bütün dinimizə xas olan ənənələri qorumaq şərtilə.

Axund: Cənab Prezident, biz də çox minnətdarıq. Çox məmnunuq ki, mənəvi dəyərlərimiz olan ibadət ocaqlarımız, məscidlərimiz hər zaman Prezidentimizin diqqət mərkəzindədir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20
SƏNƏDLƏR Sərəncamlar 04 iyun 2025
12:36
Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137...

04 iyun 2025, 12:36