İlham Əliyev Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

18 noyabr 2011, 09:50
İlham Əliyev Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

gallery-photogallery-photo