13:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19
Prezident İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxdı. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verdi ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcəkdir. Sonrakı mərhələlərdə isə 1000 kubmetrlik dörd su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcəkdir. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcəkdir. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaqdır. Sonuncu mərhələdə isə Qax şəhərinin mövcud yaşayış sahələrində, o cümlədən Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaqdır. Sistemin inşası 2013-cü ildə yekunlaşdırılacaqdır.
Sonra Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyuldu.
Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
Dövlət başçısı inşaatçılarla görüşdü, onlara uğurlar arzulayaraq dedi:
- Qax rayonunda yeni su layihəsi başlayır. Siz bu layihəni icra edəcəksiniz. Çalışmalısınız ki, bu layihə maksimum keyfiyyətlə və vaxtında icra edilsin. Beləliklə, Qax şəhərinin və ətraf kəndlərin su-kanalizasiya problemləri birdəfəlik öz həllini tapacaqdır. Bu layihə iki ilə yaxın vaxt ərzində icra olunmalıdır. Beləliklə, Azərbaycanda su təchizatı ilə bağlı problemlərin həlli üçün növbəti addım atılıb. Növbəti rayonda biz bu layihəni başlayırıq.
Bütün bölgələrdə hər bir rayon üzrə proqramlar, konkret layihələr vardır. İndi bölgələrə səfərlərim çərçivəsində də demək olar ki, hər dəfə su layihəsinin təməl daşını qoyuruq. Sizə uğurlar arzulayıram.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
13 may 2025, 16:59Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...
13 may 2025, 16:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156...
12 may 2025, 15:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...
12 may 2025, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
12 may 2025, 15:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
12 may 2025, 15:23