İlham Əliyev Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışında iştirak etmişdir

17 noyabr 2011, 11:00
İlham Əliyev Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısı “ Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı”na baxdı.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Qax şəhərinin çay daşqınlarından mühafizəsi məqsədi ilə 2009-2011-ci illərdə 1622 metr uzunluğunda dəmir-beton üzlüklü bənd vurulmuşdur. Hazırda 186 metr məsafədə işlər davam etdirilir. Rayonun Əlibəyli kəndinin sel sularından qorunması üçün isə 670 metr uzunluğunda dəmir-beton üzlüklü bənd tikilmişdir.

Azərbaycan dövlətinin başçısı, həmçinin İlisu kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış oldu. Layihəyə Kürmükçay və Hamamçay çaylarının sol sahillərində yerləşən İlisu kəndinin sel və daşqın sularından mühafizəsi, çayların yataqlarının sağ və sol yamaclarında baş verən təhlükələrin, geoloji çökmə proseslərinin qarşısının alınması daxildir. Layihədə Kürmükçay və Hamamçay çaylarında tikintisi nəzərdə tutulan 3470 metr uzunluğunda dəmir-beton üzlüklü istinad divarlarının 1335 metrlik hissəsində işlər başa çatdırılmışdır. Layihə üzrə İlisu kəndi ərazisində 410 metrlik drenaj şəbəkədə isə işlərin yarısı tamamlanmışdır. İşçi layihənin tərkib hissələrindən biri də Hamamçay üzərində yeni avtomobil körpüsüdür. Bu mühüm obyekt də artıq istismara hazırdır.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, XVII-XVIII əsrlərə aid Qala məhəllə kompleksinin ətəyindəki bu körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanılmışdır. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü və möhkəmliyi ilə diqqəti cəlb edir. Körpünün metal aşırım qurğusu tağvari quruluşda, hərəkət hissəsi isə kəsilən tir sistemli olmaqla uzununa metal tirlərlə birləşdirilmişdir. Qurğunun hər iki tərəfində piyada keçidi inşa olunmuşdur. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün yanaşma yolları ilə birlikdə uzunluğu 110 metr, körpü hissəsinin uzunluğu 56 metr, eni isə 6,8 metrdir. Burada yamacların gücləndirilməsi məqsədi ilə 110 metr uzunluğunda istinad divarı inşa olunmuşdur. Bundan başqa, körpünün yanaşma yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə metal borulardan hasar çəkilmişdir. Hərəkətin təhlükəsizliyinə hərtərəfli imkan yaradan bu möhtəşəm qurğu, eyni zamanda, gözəl görünüşü ilə də diqqəti cəlb edən və orijinal dizaynı ilə seçilən memarlıq nümunələrindəndir.

Qeyd edildi ki, bütün bu layihələr yalnız yerli şirkətlər və qurumlar tərəfindən icra olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə təcrübəli yerli mütəxəssislər tərəfindən hazırlanmış layihələr “Azərkörpü” SC tərəfindən həyata keçirilir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan bu körpü ölkənin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi və xüsusilə də regionların sosial-iqtisadi inkişafına dövlətimizin başçısının göstərdiyi qayğının daha bir göstəricidir.

Prezident İlham Əliyev körpünün açılışı münasibətilə təbriklərini çatdırdı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 mart 2025
11:18
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...

15 mart 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 15 mart 2025
11:14
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il...

15 mart 2025, 11:14
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28