İlham Əliyev “Euronews” kanalının Müşahidə Şurasının sədrini və İcraedici Şuranın baş direktorunu qəbul etmişdir

16 noyabr 2011, 13:00
İlham Əliyev “Euronews” kanalının Müşahidə Şurasının sədrini və İcraedici Şuranın baş direktorunu qəbul etmişdir

Prezident İlham Əliyev “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul etmişdir.

“Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğuladı.

Ötən dövrü “Euronews” kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20