İlham Əliyev Avropa Komissiyası sədrinin müavini xanım Ketrin Eştonu qəbul etmişdir

15 noyabr 2011, 20:30
İlham Əliyev Avropa Komissiyası sədrinin müavini xanım Ketrin Eştonu qəbul etmişdir

Prezident İlham Əliyev Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın geniş formata malik olduğunu və uğurla inkişaf etdiyini vurğuladı. Xanım Ketrin Eşton ilə Varşavada keçirdiyi görüşü xatırlayan Prezident İlham Əliyev həmin görüşdən qısa müddət keçdikdən sonra onun bölgəyə səfər etməsinin bütün region və Azərbaycan üçün önəmini qeyd etdi. Dövlətimizin başçısı xanım Ketrin Eştonun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton Azərbaycana səfərindən məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

X X X

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun şərəfinə nahar verildi.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20