12:40
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan
29 dekabr 2019, 17:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Ali dövləti vəzifənizdə Sizə səmimi qəlbdən daim coşqun fəaliyyət, Azərbaycan Respublikasının hərtərəfli dinamik inkişafına və firavanlaşmasına yönəlmiş bütün təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayıram. Qoy xalqınızın dəstəyi Sizin yorulmaz səmərəli fəaliyyətiniz üçün çox etibarlı zəmin olsun.
Xoş fürsətdən istifadə edərək, Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlığın potensialını artırmaq və qarşılıqlı fəaliyyət istiqamətlərini genişləndirmək səylərimizi bir daha vurğulamağa şadam. Ümidvaram ki, qardaş xalqlarımız arasında ənənəvi möhkəm əlaqələr bundan sonra da qarşılıqlı faydalı Tatarıstan-Azərbaycan layihələrinin həyata keçirilməsində həlledici amil olacaq, eləcə də Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının möhkəmlənməsinə səmərəli xidmət edəcək.
Dərin hörmətlə,
Rüstəm Minnixanov
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti
12:40
12:35
12:30

12:00

11:30

11:00

10:00

09:50

09:30

15:05

14:40

14:01
