Misir Parlamentinin Birinci vitse-spikeri Seyyid Mahmud Şərifdən

28 dekabr 2019, 17:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Allahın salamı, mərhəməti, bərəkəti üzərinizdə olsun.

Mübarək doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizin uğurlu həyat yolunuz bizə qardaş olan ölkənizə xidmət yolunda çox böyük nümunədir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə xalqın rifahının yüksəldilməsinə, çox sürətli iqtisadi və sosial inkişafa nail olub.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və daha böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Seyyid Mahmud Şərif

Misir Parlamentinin Birinci vitse-spikeri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55