Gürcüstanın sabiq Baş nazir müavini, sabiq xarici işlər naziri Eka Tkeşelaşvilidən

27 dekabr 2019, 16:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edirəm. Öz ölkənizə ləyaqətlə xidmət etməyiniz, dünyada sülhün, sabitliyin və tərəqqinin möhkəmlənməsi, mədəni irsin qorunub saxlanılması və ətraf mühitin mühafizəsi fəaliyyətində liderliyiniz bizim hamımız üçün ilham mənbəyidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstək bu təşkilatın təşəbbüslərinin beynəlxalq səviyyədə yayılmasında, eləcə də Azərbaycanın dünyanın liderləri arasında aktual qlobal çağırışlarla bağlı strateji müzakirələrin aparılması üçün koordinasiya mərkəzi kimi çıxış etməsində həlledici rol oynayır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə isə sülh və rifah arzulayıram.

Hörmətlə,

Eka Tkeşelaşvili

Gürcüstanın sabiq Baş nazir müavini, sabiq xarici işlər naziri (2010-2012),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55