Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musadan

26 dekabr 2019, 19:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi - Azərbaycanın müdrik və uzaqgörən liderini doğum günü münasibətilə təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyada layiqli yerini tutaraq söz sahibinə çevrilmişdir. Eyni zamanda, Sizi planetin gələcəyi naminə beynəlxalq müzakirələrin aparıldığı platforma kimi tanınan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin diqqətəlayiq uğurları münasibəti ilə təbrik etmək istəyirəm.

Zati-aliləri, qarşıdan gələn illərdə Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.

Əmr Musa,

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi (2001-2011),

Misirin sabiq xarici işlər naziri (1991-2001),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55