Çex Respublikasının sabiq Baş naziri (2009-2010), sabiq maliyyə naziri (2013-2014), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişerdən

26 dekabr 2019, 18:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident.

Sizin doğum gününüz Azərbaycanın sabit milli iqtisadiyyatı olan, xalqının tədricən yüksək həyat şəraitinin təmin edildiyi, həm regional, həm də beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi fəal rol oynayan müasir ölkəyə çevrilməsində Zati-alinizin böyük töhfəsini yüksək qiymətləndirmək baxımından gözəl imkandır.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı arzulayır, Azərbaycanı firavan saxlamaq və ölkənizi parlaq gələcəyə doğru aparmaq yolunda uğurlar diləyirəm.

Yan Fişer

Çex Respublikasının sabiq Baş naziri (2009-2010),

sabiq maliyyə naziri (2013-2014),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55