İsrailin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzikdən

26 dekabr 2019, 18:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqı və onun dünyadakı dostları naminə davamlı məhsuldar fəaliyyətinizdə uğurlar arzulayıram.

Ötən on il ərzində Sizin müdrikliyiniz və rəhbərliyiniz sayəsində Azərbaycan inkişaf edərək nüfuzlu və önəmli ölkəyə çevrilib. Dünyada bir çoxları Azərbaycanı regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına əhəmiyyətli töhfə verən ölkə hesab edir.

Əminəm ki, gözəl və sevimli ailəniz, xüsusən də şəxsən tanımaqdan şərəf duyduğum həyat yoldaşınız və istedadlı qızınız da Sizin böyük uğurlarınızda və nailiyyətlərinizdə mühüm rol oynayırlar.

Uzun illər İsrailin siyasi rəhbərliyinin üzvü və ölkənizi yaxından tanıyan əsl bir dost kimi Sizin işinizi yüksək qiymətləndirmək üçün mən kifayət qədər əsaslı məlumatlara malikəm. Qarşıdakı illərdə öz fəaliyyətinizi davam etdirmək üçün Sizə böyük qüvvə və uzun ömür arzulayıram.

İsrail Dövlətinə olan həqiqi dostluğunuza və rəğbətinizə, habelə beynəlxalq aləmə müsbət töhfə verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Ad gününüz mübarək. Qadir Allah Sizi qorusun.

Dalia İtzik

İsrailin sabiq Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55