Polşanın sabiq Prezidenti (1995-2005), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnievski

26 dekabr 2019, 17:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik, bütün yeni təşəbbüs və planlarınızın həyata keçməsi üçün böyük qüvvə arzulayıram.

Prezident olduğumuz dövrdən başlayaraq son iyirmi il ərzində Sizinlə əməkdaşlıq etmək mənim üçün böyük şərəf olub. 2005-ci ilin mart ayında Sizin Polşaya rəsmi səfərinizi, orada keçirdiyiniz bütün görüşləri, xüsusilə də müzakirələrlə yadda qalan çoxsaylı şəxsi görüşlərinizi böyük məmnuniyyətlə xatırlayıram. Həmin vaxt ölkəmi və onun əldə etdiyi nailiyyətləri Sizə təqdim etmək mənim üçün böyük şərəf idi və şadam ki, bu səfər dövlətlərimiz və millətlərimiz arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdi.

Azərbaycanın və şəxsən Sizin dinlərarası, millətlərarası tolerantlıq və sülh kimi dəyərlərə göstərdiyiniz sədaqət bu gün bütün dünyaya məlumdur. Bu baxımdan, mənim də iştirak etdiyim Qlobal Bakı Forumu da Azərbaycanın bu məsələlərlə bağlı beynəlxalq dialoqun inkişafına sadiqliyinin bariz nümunəsidir. Bu tədbir mənim regionda yürüdülən siyasətin xüsusiyyətləri, eləcə də Azərbaycanın və regionun hazırda üzləşdiyi çağırışlarla tanışlığım üçün gözəl bir fürsət oldu.

Cənab Prezident, Sizə qarşıdakı illərin həmvətənlərinizə və beynəlxalq ictimaiyyətə fayda gətirən uğurlarla zəngin olmasını diləyirəm.

Ən xoş arzularla və səmimiyyətlə,

Aleksandr Kvasnievski

Polşanın sabiq Prezidenti (1995-2005),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55