İsrailin sabiq Baş Naziri (1999-2001), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barakdan

25 dekabr 2019, 19:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı və firavan həyat arzulayıram.

Dövlət xadimi kimi, Siz üzərinizə öz xalqınızı irəli aparmaq, insanlığın təməl dəyərləri olan sülh və azadlığa nail olmaq kimi mühüm missiya götürmüsünüz.

Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya miqyasında əldə etdiyi uğurlara görə Sizi səmimi qəlbdən təbrik etmək istərdim.

Qadir Allah Sizi, ailənizi və böyük Azərbaycan xalqını

qorusun.

Dostunuz,

Ehud Barak

İsrailin sabiq Baş Naziri (1999-2001),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55