Macarıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Peter Medgyessidən

25 dekabr 2019, 18:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkənizin tolerantlıq diyarına çevrilməsi istiqamətində nümayiş etdirdiyiniz sadiqliyi və səyləri yüksək qiymətləndirirəm. Sizin müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində birgə yaşamasına dəstək göstərməyiniz və bunu təşviq etməyiniz dünya ölkələri üçün gözəl nümunədir. Siz həqiqətən də Nizami Gəncəvinin intellektual irsinin və təfəkkürünün layiqli davamçısısınız.

Sizə və ailənizə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

Peter Medgyessi

Macarıstanın sabiq Baş naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55