Moskva şəhərindən Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Hilalovdan

25 dekabr 2019, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Ümumdünya Dağ Yəhudiləri Konqresi adından Sizi ad gününüz münasibətilə təbrik edim, Sizə hörmət və ehtiramımı, çox sevdiyimiz, əziz, gözəl ölkə olan Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizə heyran olduğumuzu bildirim.

Biz beynəlxalq səviyyədə dəfələrlə bəyan edirik ki, Azərbaycan tolerantlığın və dini dözümlülüyün əyani nümunəsidir, burada müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar və yaşayacaqlar. Dağ yəhudilərinin Azərbaycanla bağlı çoxəsrlik tarixi buna sübutdur. Bu gün Azərbaycan ilə dağ yəhudiləri arasındakı dostluq tellərini həqiqətən qardaşlıq adlandırmaq olar.

Konfessiyalararası münasibətlərin möhkəmlənməsi işində görkəmli xidmətlərinizə və səylərinizə görə Sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, planlarınızın və ideyalarınızın həyata keçməsini arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Akif Hilalov

Moskva şəhərindən Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55