Kailaş Satyarhi Fondunun təsisçisi, Nobel Sülh mükafatı laureatı Kailaş Satyarhidən

25 dekabr 2019, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz qardaşım, hörmətli İlham Əliyev.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin uzaqgörən və müdrik liderliyinizlə Azərbaycan Respublikasının sosial-iqtisadi sahədə islahatlar yolu ilə daim inkişaf etməsini arzu edirəm.

Cənab Prezident, 2019-cu ilin sentyabrında Nyu-York şəhərində BMT-nın Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Robert F.Kennedi İnsan Hüquqları Fondu ilə birgə təşkil etdiyi “Davamlı inkişaf problemi dövründə geosiyasət” mövzusundakı toplantısı məndə dərin təəssürat yaratdı.

Zati-aliləri doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.

Hörmətlə,

Kailaş Satyarhi

Kailaş Satyarhi Fondunun təsisçisi,

Nobel Sülh mükafatı laureatı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55