Rusiya Dövlət Dumasının “Spravedlivaya Rossiya” fraksiyasının rəhbəri Sergey Mironovdan

25 dekabr 2019, 15:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz beynəlxalq aləmdə ölçülüb-biçilmiş və konstruktiv qərarlar qəbul etməyi bacaran parlaq siyasətçi kimi yüksək nüfuz qazanmısınız. Rusiya ilə Azərbaycanı həmişə möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq telləri bağlayıb. Əminəm ki, ölkələrimiz strateji tərəfdaşlığın dərinləşməsi yolunu bundan sonra da davam etdirəcəklər.

Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə,

Sergey Mironov

Rusiya Dövlət Dumasının “Spravedlivaya Rossiya” fraksiyasının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55