“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

25 dekabr 2019, 13:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

İzin verin, Sizə möhkəm cansağlığı, nikbinlik, tükənməz yaradıcı enerji, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayım.

Qoy doğmalarınız həmişə yanınızda olsunlar, qayğı və diqqətləri ilə Sizi sevindirsinlər. Sizə və yaxınlarınıza əmin-amanlıq diləyirəm.

Səmimi hörmətlə,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55