Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən

24 dekabr 2019, 20:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq arenada Sizin nüfuzunuz çox böyükdür və öz miqyasına görə o, vətəninizdə qazandığınız nüfuzdan heç də geri qalmır. Siz dərin zəkalı və uzaqgörən siyasi xadim, dünyada suveren Azərbaycanın müsbət obrazının formalaşması və hörmət qazanması, dövlətin sosial-iqtisadi, mədəni və humanitar inkişafı, azərbaycanlıların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi üçün çox işlər görmüş nüfuzlu dövlət xadimisiniz. Dahi atanızın, xalqınızın ümummilli lideri Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi Azərbaycan bayrağını qürurla və şərəflə daşıyır, vətənin firavanlığı naminə öz müqəddəs borcunuzu dönmədən yerinə yetirir, yeni böyük sanballı uğurlar qazanırsınız.

Siz ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmləndirilməsi üçün ölçüyəgəlməz dərəcədə çox iş görürsünüz, buna görə hər cür təşəkkürə və alqışa layiqsiniz.

Şəxsən bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm, bu ünsiyyətin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, səadət, firavanlıq, ali dövləti fəaliyyətinizdə və əlbəttə ki, şəxsi həyatınızda Sizə, səmimi, möhkəm ailənizə uğurlar diləyirəm.

Hörmətlə,

Leonid Slutski

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55