Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğından

24 dekabr 2019, 19:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ad gününüz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının inamlı inkişafını, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsini dəstəkləyir, Uca Allahdan Sizə bu yolda səbir və güc verməsini arzulayırıq.

Azərbaycanın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsinə verdiyiniz töhfələr danılmazdır.

Azərbaycan və Türkiyə arasında bu gün strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz xüsusi töhfə vermisiniz. Sizi əmin etmək istəyirik ki, Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq, bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə, Sizə bir daha təşəkkür edirik.

Bəşəriyyətə və ölkəyə xidmət edərkən qədəm qoyduğunuz bu yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Cemal Yanğın

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55