Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Müfti Albir Krqanovdan

24 dekabr 2019, 17:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə olan ad gününüz münasibətilə ürəkdən təbrik edim.

Siz Azərbaycan Respublikasının rəhbəri kimi, İslam dininin sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas götürərək Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışırsınız. Siz daimi və yorulmaz işiniz sayəsində özünüzü Azərbaycanın taleyi üçün yüksək məsuliyyət hiss edən müdrik, əzmkar, insanların qayğısına qalan dövlət xadimi kimi göstərmisiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğur və millətlərarası sülh nümunəsi olmaqla yanaşı, Sizin səyləriniz sayəsində öz qədim köklərinə qayıdır və tarixi möhtəşəmliyini dirçəldir.

Vicdanlı əməyinizə, mənəvi səxavətinizə və həssas qəlbinizə görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Həyatınızın hər günü sülh, harmoniya və sevgi ilə dolu olsun.

Sizə qüvvət, gümrahlıq, enerji, müdriklik və çətin işinizdə səbir diləyirəm. Qadir Allah Sizin bütün əməli-saleh işlərinizi, səmimi dualarınızı qəbul etsin, hər iki dünyada onların əvəzini versin.

Hörmətlə və xoş dualarla,

Müfti Albir Krqanov

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri,

Rusiya Federasiyası İctimai Palatasının üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55