Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən

24 dekabr 2019, 17:23

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.

Sizin uzaqgörən strateq və parlaq siyasətçi kimi hərtərəfli istedadınız, gərgin əməyiniz və fədakarlığınız Azərbaycanın güclü müstəqil dövlət quruculuğunda nail olduğu böyük uğurların əsasını təşkil edir.

Sizin yüksək peşəkarlığınızın, görkəmli lider keyfiyyətlərinizin və səylərinizin səmərəli uzlaşması sayəsində respublika sosial-iqtisadi sahənin inkişafında keyfiyyətcə yeni səviyyəyə çatıb, beynəlxalq arenada öz nüfuzunun şəksiz qəbul edilməsinə nail olub.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm. Qoy Sizin müdrikliyiniz və hərtərəfli dərin bilikləriniz qardaş Azərbaycanın daha da firavanlaşmasının və yeni uğurlarının əsası olsun.

Hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55