MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərovdan

23 dekabr 2019, 11:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası siyasi, iqtisadi və sosial sahələrdə sanballı uğurlar qazanıb, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, ümumdünya və regional miqyaslı aktual məsələlərin həllində öz rolunu möhkəmləndirib.

MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin genişlənməsinə böyük şəxsi töhfə verən və MDB iştirakçısı olan dövlətlərin strateji tərəfdaşlığının və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyırlar.

Sizə cansağılığı, firavanlıq və bütün təşəbbüslərinizdə uğurlar arzu edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik və ən xoş diləklərimizi bildiririk.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55