Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

17 dekabr 2019, 11:20
Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Mən sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər genişdir. İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı müzakirə edəcəyik. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir çox önəmli məsələlər müzakirə olundu, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Təkbətək görüşdə biz bu əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir. Bir daha xoş gəlmisiniz.

X X X

Ukrayna Prezidenti Vladimir ZELENSKİ dedi:

-Möhtərəm cənab Prezident, hörmətli nümayəndə heyəti.

Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda ilk rəsmi səfərdə olmağım çox böyük məmnunluq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və dost ölkədir.

Cənab Prezident, biz müzakirələrdə münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd etdik. Ancaq düşünürəm ki, Azərbaycan-Ukrayna münasibətlərini növbəti daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var. Cənab Prezidentlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub, imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir.

Prezident İlham Əliyev: Sağ olun.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:29
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regio...

25 avqust 2026, 16:29
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:28
“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyə...

25 avqust 2026, 16:28
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:27
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd ...

25 avqust 2026, 16:27
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:26
“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələl...

25 avqust 2026, 16:26