Ali müfti, Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Şeyxülislam Talqat Səfa Tacuddindən

25 noyabr 2019, 14:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkil edilməsinə və məhsuldar keçirilməsinə, həmçinin Sammitin qonaqlarının və iştirakçılarının səmimi qəbuluna görə Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsi adından və öz adımdan Sizə səmimi təşəkkürümü bildirim.

Azərbaycan Respublikasında İslam mənəvi irsinin əbədi dəyərlərinin layiqincə bərqərar olması, Azərbaycan xalqının bənzərsiz mədəniyyətinin inkişafı, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafı üçün Sizin fədakar səyləriniz sayəsində hər cür şərait yaradılıb.

Sizə və bütün Azərbaycan xalqına səmimi ehtiramımı və xoş arzularımı bildirirəm.

Sizə xoş dualar edir və mehriban qonşular kimi əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm.

Şeyxülislam Talqat Səfa Tacuddin,

Ali müfti,

Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55