09:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
10 may 2025, 09:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident.
Zati-alinizin rəhbərliyi ilə təşkil olunmuş və açılışına təşrif buyurduğunuz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək şərəfinə nail oldum. Bu Sammit müasir dövrümüzdə İslam dünyasında ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur. Zirvə Görüşü bəşəriyyətə xidmət edən, İslam dininin təməl prinsiplərinin qorunmasına daim səy göstərən, bəşəriyyəti düzgün məcrasından çıxarmağa, nəcib hədəflərindən yayındırıb məhv etməyə çalışanlara və dini təhrif edənlərə qarşı mübarizə aparan mömin şəxslərin iştirakı ilə fərqlənirdi.
Bakı Bəyannaməsi İslam dünyasının mövcud vəziyyətinin, Zati-alinizin dinin bəşəri roluna verdiyi önəm və rəğbəti əks etdirir. Uca Allah Sizə daim uğurlar bəxş etsin. Arzu edirəm ki, bu və digər tədbirlərdə söylədiyiniz fikirlərin davamı olaraq aramızda dinin bəşəriyyətə xidmətini təşviq edən birgə əməkdaşlıq, qarşılıqlı əlaqələr daha da möhkəmlənsin.
Zati-aliləri, Sammitdə iştirak etdiyinizə, göstərdiyiniz qonaqpərvərliyə, Sizdən, xalqınızdan və təşkilatçılardan gördüyümüz xoş münasibətə görə təşəkkür edirik. Sizinlə bir daha görüşmək şərəfinə nail olmağımı arzulayıram. Ümid edirəm ki, Bakı Bəyannaməsinin prinsiplərinə və dəyərlərinə sadiq qalacağıq.
Uca Allah Sizi və Azərbaycanı qorusun.
Dr. Xalid Əbdülvahhab Əl-Mulla
İraq Üləmaları Cəmiyyətinin sədri,
İraq Baş Nazirinin dini məsələlər üzrə müşaviri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
10 may 2025, 09:55Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı...
10 may 2025, 09:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50