İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Türkiyə Respublikası, İstanbul şəhəri, professor Dr. Halit Erendən

25 noyabr 2019, 17:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edərkən Zati-alinizin dərin məzmunlu açılış nitqi ilə başlayan tədbirə qatılmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

Azərbaycan dövlətinin multikulturalizmə nə qədər əhəmiyyət verdiyi bir daha nümayiş olundu. Azərbaycan rəhbərinin tolerantlıq, müxtəlif mədəniyyətlər, din və məzhəblərlə bağlı çox geniş baxışa sahib olduğu bir daha müşahidə edildi.

Xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi bu Sammitə xüsusi məna verdi.

Şeyx həzrətlərinin dünya dini liderlərinin böyük hörmətini qazandığı bu toplantıda bir daha göründü. Xüsusilə belə beynəlxalq tədbirlərdə Azərbaycan xalqının Qarabağ məsələsində haqlı mövqeyinin bütün dünyaya çatdırılması da çox faydalıdır.

Fürsətdən istifadə edərək belə bir mühüm tədbirə himayədarlıq etdiyiniz üçün Zati-alinizə ən dərin ehtiramımı bildirir, Sizə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə uğurlar, cansağlığı və uzun ömür arzulayıram.

Dərin ehtiramla,

Professor Dr. Halit Eren

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma

Mərkəzinin (IRCICA) baş direktoru

Türkiyə Respublikası, İstanbul şəhəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55