Macarıstanın Baş Naziri Viktor Orbandan

25 noyabr 2019, 14:50

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə şəxsən öz adımdan və sədri olduğum Fides – Macar Vətəndaş İttifaqı Partiyası adından Sizi səmimi qəlbdən təbrik edirəm. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bəri Azərbaycanın demokratik transformasiyasında və ölkənin inkişafında aparıcı rol oynayıb.

Məmnuniyyətlə bildirirəm ki, ölkələrimiz və partiyalarımız arasında xalqlarımızın mənafeyinə xidmət edən münasibətlər Sizin dəstəyiniz və dostluğunuz sayəsində indi həmişəkindən daha güclüdür. Biz, həmçinin Yeni Azərbaycan Partiyasının ölkənin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi yönündə səylərini dəstəkləyirik. Sizi əmin edirəm ki, qarşıdakı illərdə də Avropa Qonşuluq Siyasətinin inkişafı Macarıstanın prioriteti olaraq qalacaqdır. Həmçinin ümid edirəm ki, qarşılıqlı maraq doğuran məsələlərdə partiyalararası əlaqələrimizi daha da dərinləşdirəcəyik.

Son onilliklərdə Yeni Azərbaycan Partiyası Azərbaycanın və onun xalqının maraqlarına uğurla xidmət edib. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Viktor Orban

Macarıstanın Baş Naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55