Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri, Əl-Əzhər Əl-Şərif İslam Araşdırmaları Mərkəzinin üzvü Əl-Seyyid Əli bin Əl-Seyyid Əbdurrəhman Al Haşimdən

23 noyabr 2019, 15:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident.

Mən və məni müşayiət edən nümayəndə heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.

Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə bəxş etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Əl-Seyyid Əli bin Əl-Seyyid Əbdurrəhman Al Haşim

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Məhkəmə və

Dini məsələlər üzrə müşaviri, Əl-Əzhər Əl-Şərif İslam

Araşdırmaları Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55