İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədrini qəbul etmişdir

01 noyabr 2011, 18:30
İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədrini qəbul etmişdir

Prezident İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul etmişdir.

Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnunluq hissi ilə xatırladı. Sergey Stepaşin Rusiya Federasiyasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. 

SƏNƏDLƏR Sərəncamlar 30 may 2025
12:16
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının...

30 may 2025, 12:16
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17