İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib

15 noyabr 2019, 16:00
İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

Görüşdə dünyanın bəzi regionlarında islamofobiya və antisemitizm meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olundu.

Söhbət zamanı inkişaf etmiş, açıq, tolerant və inklüziv cəmiyyətlərin qurulması istiqamətindəki səylərə qarşı yönələn mövcud çağırışlar, eləcə də müəyyən dini və ya təriqət icmaları üçün tolerant olmayan təhlükəli mühit formalaşdıran, sosial sülhə və birliyə təhlükə yaradan düşmən qüvvələrə qarşı birgə mübarizə aparmağın zəruriliyi barədə müzakirələr aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00