İ.N.Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 noyabr 2019, 12:30

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2019-cu il