Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

31 oktyabr 2019, 17:40
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edildi. Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi qeyd olundu. Vurğulandı ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirdi.

Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın qurulduğunu bildirərək, bundan sonra da əlaqələrimizin inkişafına töhfə vermək üçün səylərini davam etdirəcəyini vurğuladı. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin humanitar, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55