İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir

30 oktyabr 2011, 16:30
İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1990-cı ildə inşa olunan uşaq xəstəxanası son illər yararsız hala düşdüyündən 2010-cu ilin avqustunda burada əsaslı yenidənqurma işlərinə başlanmışdır. Üçmərtəbəli xəstəxana binasının həyətində yaşıllaşdırma işləri görülmüş, dekorativ ağaclar və gül kolları əkilmişdir. Xəstəxanaya gedən yola asfalt örtüyü döşənmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Xəstəxana binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli liderin və Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılmışdır.

Bildirildi ki, xəstəxananın birinci mərtəbəsində konfrans zalı, qəbul və poliklinika şöbələri, ikinci mərtəbədə isə 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki və üç nəfərlik palatalar və bir əməliyyat otağı vardır. Üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxana müasir standartlara cavab verən müayinə və müalicə avadanlığı ilə təchiz olunmuşdur.

Qeyd edildi ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulmuşdur.

əstəxananın birinci mərtəbəsində yerləşən 40 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da vardır.

X X X

Sonra Prezident İlham Əliyev Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında oldu.

Məlumat verildi ki, ikimərtəbəli poliklinika binası hazırda inşası davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının bir hissəsi olmaqla tam şəkildə yenidən qurulmuşdur. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri, texniki otaqlar vardır. Sahə həkimləri də burada fəaliyyət göstərəcəklər. Poliklinikanın ikinci mərtəbəsində sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də vardır.

X X X

Daha sonra Prezident İlham Əliyev tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış oldu.

Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 1970-ci ildə inşa olunmuş köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılmışdır. Bu ərazinin 1,2 hektarında ikimərtəbəli 4 korpusdan ibarət kompleks tikiləcəkdir.

Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunmuşdur. Bundan əlavə, rayon patoloji anatomiya və ekspertiza şöbəsinin, o cümlədən uşaq xəstəxanasının da mərkəzi rayon xəstəxanasının yaxınlığında yerləşməsi vətəndaşlara daha yaxşı və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir. Burada ümumilikdə 350 nəfərlik tibbi heyət çalışacaqdır.

Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37