İlham Əliyev BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavinini qəbul edib

26 oktyabr 2019, 21:20
İlham Əliyev BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlonu qəbul edib.

Xanım Rozmari DiKarlonu salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Zirvə Görüşündə iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Çıxışınız üçün sağ olun. BMT-nin burada yüksək səviyyədə təmsil edilməsi çox vacibdir. Sədrliyi qəbul etdik və üç il ərzində Qoşulmama Hərəkatının əsas prinsiplərinə sadiq qalmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Əlbəttə, bu, bizim üçün böyük məsuliyyət, eyni zamanda, şərəfdir. Çünki biz nisbətən yeni üzv ölkəyik, yalnız 8 ildir üzv olmuşuq və hazırda bütün üzvlərin dəstəyini görürük. Bildiyiniz kimi, sədrliyə olan namizədliyimiz yekdilliklə qəbul edilmişdi. Bu, beynəlxalq ictimaiyyətin üçdəikisinin dəstəyini nümayiş etdirməsi idi. Əlbəttə ki, bizim siyasətimiz, atdığımız addımlar, beynəlxalq hüququn, ədalətin qorunmasına, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsinə sadiq qalmaq üzrə baxışımız bu qərarın qəbul edilməsində mühüm rol oynadı.

Bildiyiniz kimi, bəzi üzv ölkələr arasında müəyyən problemlər var. Bəzilərinin uzun tarixçəsi var, bəzi problemlər yeni ortaya çıxıb. Lakin buna baxmayaraq, Azərbaycana göstərilən münasibət baxımından, hətta Azərbaycanla ikitərəfli əlaqələri yaxşı olmayan bəzi ölkələr belə bizi dəstəkləyir. Hesab edirəm ki, açıq, səmimi siyasət yürütməklə, harada ki, sözlərimiz və imzalarımız üst-üstə düşür, biz belə bir yekdil dəstəyi ala bilmişik. Əlbəttə, qarşıdan gələn illərdə qlobal gündəlikdə olan məsələlərin həlli üzrə sizinlə birgə işləyəcəyik. Zirvə Görüşündə iştirak etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Xanım Rozmari DİKARLO dedi:

-Çox sağ olun. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bizə gözəl ölkənizi ziyarət etmək imkanı yaratdığınız üçün Sizə minnətdaram. İyirmi doqquz il əvvəl Azərbaycana gəlmişdim. Onu deyim ki, ölkəniz əhəmiyyətli şəkildə dəyişib. Nəinki təkcə sədrliyi qəbul etdiyinizə görə, eyni zamanda, bir çox beynəlxalq tədbirləri burada, Bakıda təşkil etdiyinizə görə də Sizə təşəkkür edirəm və Sizi təbrik edirəm. Sizin bu yaxınlarda irəli sürdüyünüz bir çox təşəbbüslərdən bizim məlumatımız var və bunlar bizim üçün çox vacibdir. Çox vacibdir, çünki siz çoxtərəfliliyin çox güclü bir tərəfdarısınız. Beynəlxalq ictimaiyyətlə, BMT ilə bu istiqamətdəki bir sıra təşəbbüslər üzərində işləyirsiniz.

Prezident İlham ƏLİYEV dedi:

-Sözləriniz üçün sağ olun. Biz Baş katib Quterreşin multikulturalizm təşəbbüsümüzə göstərdiyi dəstəyi üçün minnətdarıq. “Bakı Prosesi” mədəniyyətlərarası dialoq məsələləri üçün bir qlobal platformaya çevrildi. Biz BMT-nin bu təşəbbüsə dəstəyini yüksək qiymətləndiririk. Bu prosesə başlayanda onun uğurlu olacağı ilə bağlı böyük ümidlərin olmadığını xatırlayıram. Bu, 2008-ci ilin sonuna təsadüf edirdi. Dedim ki, niyə də cəhd etməyək? Çünki Azərbaycan həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox az ölkələrdən biridir. Bu imkanımızdan niyə də istifadə etməyək? Nəzərə alsaq ki, yalnız müstəqillik illərində yox, bütün siyasi və ictimai təzahürlərin tərkibində, hətta başqa ölkələrin tərkibində olduğumuz zaman da multikulturalizm ruhu həmişə bizdə mövcud idi. Bakı müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh içində yaşadığı şəhər, Azərbaycan isə ölkə olub və bu, işə yaradı. İndi BMT-nin güclü dəstəyini görürük. Şəffaflıqla bağlı səylərimizin yüksək qiymətləndirilməsi üçün də sizə minnətdaram. Bir neçə il əvvəl Neft Fondu adlanan suveren fondumuz BMT-dən mükafat aldı. Hazırda başqa ölkələrdə də fəaliyyətini genişləndirən dövlət xidmətləri sistemi olan “ASAN”ın da fəaliyyəti BMT tərəfindən xüsusi olaraq qiymətləndirilmişdir. Biz buna böyük dəyər veririk. Həyata keçirdiyimiz bütün işlər də ölkənin gücləndirilməsi, insanlar üçün daha yaxşı şəraitin yaradılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənib. Bunlara nəqliyyat və energetika layihələri də daxildir. Onlar bizi birləşdirdi, ölkələr arasında qarşılıqlı bağlılıq yaratdı. Bu, gücdür, sabitlikdir.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:05
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

15 iyul 2026, 16:05
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:03
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası...

15 iyul 2026, 16:03
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr...

15 iyul 2026, 16:00
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
15:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli...

15 iyul 2026, 15:58
SƏNƏDLƏR Sərəncamlar 15 iyul 2026
15:56
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və...

15 iyul 2026, 15:56