İlham Əliyev Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib

26 oktyabr 2019, 20:00
İlham Əliyev Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib.

Dövlətimizin başçısı Malayziyanın Baş Nazirini qarşıladı.

Azərbaycan Prezidenti və Malayziyanın Baş Naziri birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Baş Nazir Mahathir Bin Mohamadın görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Baş Nazir, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Çox minnətdaram ki, Sammitdə iştirak edirsiniz. Bu, Malayziyanın mühüm beynəlxalq tədbirə böyük əhəmiyyət verdiyini nümayiş etdirir və ölkəniz mümkün olan ən yüksək səviyyədə təmsil olunub. Dünəndən biz Qoşulmama Hərəkatına sədrliyi qəbul etmişik. Sammitdə çıxışım zamanı dediyim kimi, Azərbaycan ölkənin prioritetləri, siyasəti, o cümlədən xarici siyasət prioritetlərinə tam uyğun olan Bandunq prinsiplərinə sadiq olacaq. Suverenlik, ərazi bütövlüyü, müstəqillik, bir-birinin işlərinə qarışmamaq bizim xarici siyasət gündəliyimizin əsas xəttidir. Düşünürəm ki, bu amil sayəsində, həmçinin Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi sayəsində biz Qoşulmama Hərəkatında yekdil dəstək əldə etmişik. Biz yekdil qərarla sədr seçilməyimizi böyük şərəf hesab edirik. Bu, onu nümayiş etdirir ki, ölkəmizin yürütdüyü siyasət beynəlxalq ictimaiyyət üzvlərinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Bu, onu göstərir ki, təşkilatda olduğumuz qısa zamanda öz mövqeyimizi nümayiş etdirə bilmişik. Sədr olaraq biz bütün üzv dövlətlərin legitim hüquqlarını müdafiə edəcəyik. Biz bəzi üzv dövlətlər arasında gərginliyin azaldılmasında ölkələrə uyğun gələn şəkildə rol oynamağa çalışacağıq. Qoşulmama Hərəkatında birliyi, qarşılıqlı dəstəyi, siyasi dəstəyi gücləndirməyə ehtiyac var. Biz mütləq iqtisadi əməkdaşlıq məsələsi ilə məşğul olacağıq. Çünki biz bir-birimizə kömək etməliyik, ticarət mübadiləsini genişləndirməliyik, hazırda başqa yerlərdən aldığımız məhsulları üzv dövlətlərdən almalıyıq. Bildiyiniz kimi, biz Gənclər Sammiti təşəbbüsü ilə çıxış etmişik. Bir çox üzv ölkələrdə əhalinin, o cümlədən gənclərin sayı artır, onların məşğulluğu, cəmiyyətə inteqrasiyası, ənənəvi dəyərlərə sadiqliyi ən mühüm məsələlərdir. Biz Azərbaycanda gənclərimizin Vətənə sadiq, vətənpərvər olmasına, milli ruhda yetişdirilməsinə, hər cür xarici təsirdən azad olmasına və gələcək nəslin milli maraqları bizim kimi qorumasını təmin etməyə çox böyük əhəmiyyət veririk. Bizim sədr olaraq qarşıdakı üç il üçün həqiqətən də geniş gündəliyimiz var. Biz sizin şəxsi dəstəyinizə və məsləhətinizə güvənirik. Biz sizi dünya miqyasında ən görkəmli siyasətçilərdən biri kimi tanıyırıq. Sizi “Malayziya möcüzəsi”nin müəllifi kimi tanıyırıq. Mən bilirəm ki, bir çox ölkələr sizin dəyişikliklərlə bağlı təcrübənizi öyrənib və siz hər zaman ədaləti müdafiə etmisiniz. Sizin dünənki çıxışınızda yenə də mövqe var idi, baxış var idi, qlobal gündəlikdə olan mühüm məsələlərə açıq yanaşma var idi. Əlbəttə ki, biz ölkələrimiz arasındakı çox sıx dostluq əlaqələrini, siyasi əlaqələri gücləndirmək istəyirik. Bizim artıq enerji sektorunda çox yaxşı əməkdaşlığımız var. “Petronas” şirkəti Azərbaycana sərmayə yatırır və biz əməkdaşlığı genişləndirmək, hər iki ölkədən turistlərin sayını artırmaq, daha çox mədəni tədbirlər keçirmək istəyirik. Bir sözlə, biz ölkələri yaxınlaşdırmaq üçün səy göstərmək istəyirik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Malayziyanın Baş Naziri Mahathir Bin MOHAMAD dedi:

-Mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. İlk səfərimdən sonra həmişə bir daha buraya gəlmək istəmişəm, lakin Baş Nazir olaraq vəzifəmi tərk etdim. O vaxtdan bəri başqa ölkələrə səfərlərimi əsasən azaltdım, lakin hakimiyyətə bir daha qayıtdıqdan sonra adət etdiyimdən daha çox səfərlər etməliyəm. Qoşulmama Hərəkatının Sammitinin burada baş tutacağını öyrənəndə səbirsizliklə yenidən Azərbaycana gəlməyi gözləyirdim. Əlaqələrimiz yaxşıdır. Əlbəttə ki, əlaqələrimiz çox yaxın deyil, çünki Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqında bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan haqqında tarixən maraqlı şeylər var və bu, bir çox ölkələri buraya cəlb edəcək. Xüsusilə Həcc ziyarətini etdikdə biz geri qayıtdıqda buraya gələ bilərik.

Biz, əlbəttə ki, bütün məsələlərdə neytralıq. Hamı ilə dost olmaq istəyirik. Heç bir dövlətin daxili sistemi və ya ideologiyası bizi maraqlandırmır. Çünki Malayziya ticarət ölkəsidir. Onun inkişafı ticarətdən asılıdır və beləliklə, biz həmişə bazarlarla dost olmalıyıq. Hər ölkəni də məhsullarımız üçün bir bazar olaraq görürük. Bu gün biz demək olar ki, 190 ölkə ilə ticarət aparırıq, praktik olaraq hər bir ölkə ilə bizim biznesin aparılması ilə bağlı müəyyən münasibətlərimiz var. Hətta Azərbaycanda da qalmaq üçün bir sıra əlaqələrimiz var. Bəziləri, əlbəttə ki, neft sahəsindədir. Ümid edirik ki, Sizin rəhbərliyinizlə Qoşulmama Hərəkatı başladığı ideologiyanı canlandıracaq. Çünki o zaman bu, böyük hərəkat idi. Soyuq müharibə dövründə iki rəqib arasında bir üçüncü güc olmalı idi və bu güc də əsasən İndoneziyanın Prezidenti Sukarno tərəfindən yaradıldı. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilata çevrildi. Biz bu hərəkatın fəaliyyətini davam etdirməsini təmin etməliyik, çünki birlikdə biz bir çox şeyləri edə bilərik. İnanırıq ki, ticarət və kommersiya ilə biz ölkələrimizi inkişaf etdirə biləcəyik.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 sentyabr 2026
14:05
Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin edilsinlər:

Media və Yayım Şurasının sədri

İsmayılov Əhməd Məhəmməd oğl...

08 sentyabr 2026, 14:05
SƏNƏDLƏR Sərəncamlar 07 sentyabr 2026
13:53
O.İ.Xaliyevin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                   

Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin e...

07 sentyabr 2026, 13:53
SƏNƏDLƏR Sərəncamlar 07 sentyabr 2026
13:52
F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsi...

07 sentyabr 2026, 13:52
SƏNƏDLƏR Sərəncamlar 07 sentyabr 2026
13:51
Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                

Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər “...

07 sentyabr 2026, 13:51
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 sentyabr 2026
13:10
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.

İkitərəfl...

07 sentyabr 2026, 13:10
SƏNƏDLƏR Sərəncamlar 04 sentyabr 2026
15:03
A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                      

Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

Azər...

04 sentyabr 2026, 15:03
SƏNƏDLƏR Sərəncamlar 04 sentyabr 2026
15:02
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

...

04 sentyabr 2026, 15:02