17:55
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü işini ümumi debatlarla davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən debatlarda Pakistan Prezidenti Arif Alvi, İran Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Kuba Prezidenti Migel Diaz-Kanel, Cibuti Prezidenti İsmail Ömər Qelleh, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin, Əlcəzair Prezidenti Abdelkader Bensalah, Esvatininin Kralı III Msvati, Qana Prezidenti Nana Akufo-Addo, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo, Sudan Prezidenti Abdul-Fattah Al-Burhan, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinam, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Liviyanın Baş Naziri Faiz Sarac çıxış etdilər.
Çıxışlarda 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin qarşısının alınmasının, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahların yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulandı, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı.
Natiqlər XVIII Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını bildirdilər.
























































Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və A...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22