İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb

14 oktyabr 2019, 18:40
İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb.

Macarıstanın Baş Nazirini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz, cənab Baş Nazir. Sizi Azərbaycanda görməyə çox şadam. Çox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim söhbətlərimizi, həmçinin Avropa İttifaqının tədbirləri çərçivəsində görüşlərimizi xatırlayıram. Sevindirici haldır ki, Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Əminəm ki, bu səfərdən sonra biz tərəfdaşlığımıza yeni təkan verəcəyik.

xxx

Macarıstanın Baş Naziri Viktor ORBAN dedi:

-Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün çox sağ olun. Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdir. Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır. Biz bunu yüksək qiymətləndiririk. Diplomatik əməkdaşlığımız çox yaxşıdır, biz bunu belə söyləyə bilərik. İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmalıyıq. Bizim artıq burada yaxşı sərmayə qoyuluşlarımız, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidvericidir. Bizi burada qəbul etməyinizi və Macarıstana münasibətdə xoşməramlı və xoşniyyətli olmağınızı yüksək qiymətləndiririk.

Prezident İlham Əliyev: Çox sağ olun.

xxx

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macarıstanın göstərdiyi dəstək yüksək qiymətləndirildi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:16
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:16
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:14
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...

22 iyul 2026, 14:14