10:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib.
Səfir Serjan Abdıkarimov fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Serjan Abdıkarimov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli cənab səfir, hörmətli qonaqlar.
Sizi Azərbaycanda salamlamağa şadam. Sizə ölkəmizdə uğurlu iş arzulayıram. Əminəm ki, münasibətlərimizin daha da irəliləməsi və inkişafı üçün maksimum səy göstərəcəksiniz. Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir.
Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönəmində onların şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Son 16 ildə Nursultan Abişeviçlə biz münasibətlərimizi daha da irəlilətmişik, dövlət başçıları səviyyəsində bir neçə səfər olub. Yadımdadır, 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, daha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstana oldu. Bu, bizim münasibətlərin xarakterini vurğulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımından çox məhsuldar olub. Bu ay ərzində mən Prezident Tokayevlə iki dəfə - “Valday” forumunda və MDB sammitində görüşmüşəm. Bu baxımdan bizim ilk əlaqələrimiz də çox ümidvericidir. Prezident Tokayevlə bir-birimizi çoxdan tanıyırıq və həm Azərbaycanda, həm də Qazaxıstanda müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Bu gün biz çox şadıq ki, Nursultan Abişeviç Nazarbayev bizə səfərə gələcək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında bu mühüm təşkilatın rəhbəri kimi iştirak edəcək.
Bizim münasibətlərimiz zamanın sınağından çıxıb, həyatın demək olar ki, bütün sahələrini – iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri əhatə edir. Buna görə də əminəm ki, münasibətlərimizin inkişaf perspektivləri çox müsbət olacaq. Biz bundan sonra da beynəlxalq arenada bir-birimizi dəstəkləyəcək, ikitərəfli formatda müştərək layihələri həyata keçirəcəyik. Əlbəttə ki, Azərbaycanda işiniz çox olacaq. Münasibətlərimizin gündəliyi yetərincə zəngindir. Buna görə də sizə uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Bir daha xoş gəlmisiniz.
x x x
Səfir Serjan Abdıkarimov dedi:
-Hörmətli cənab Prezident.
İlk növbədə, bizim Elbasının və Prezident Tokayevin Sizə səmimi salamlarını çatdırmaq istərdim. Ortaq türk mənşəli, ortaq dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün bütün bilik və səylərimi sərf edəcəyəm. Öz tərəfimdən demək istərdim ki, mən Bakıda sonuncu dəfə 2010-cu ildə bizim ATƏT-də sədrliyimiz dövründə olmuşam və Siz o vaxt bizim nümayəndə heyətini qəbul etdiniz. O vaxtdan bəri Bakının və bütövlükdə Azərbaycanın böyük uğurları məni heyran edir. Bütün bu islahatlar əsası ümummilli lider Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş və Sizin müdrik rəhbərliyinizlə uğurla davam edən inkişaf və modernləşmə strategiyası ilə ayrılmaz surətdə bağlıdır.
x x x
Görüşdə hökumətlərarası komissiyanın fəaliyyəti və bu günlərdə komissiyanın Bakıda keçirilən son iclası qeyd olundu, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edildi. Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nursultan Nazarbayevə və Kasım-Jomart Tokayevə çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr.
2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri...
05 may 2025, 16:04Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının xarici siyasətini və...
05 may 2025, 16:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası...
05 may 2025, 16:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...
05 may 2025, 15:53Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
05 may 2025, 15:51Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...
05 may 2025, 15:49Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
05 may 2025, 15:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...
05 may 2025, 12:32Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən...
03 may 2025, 16:20Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa...
03 may 2025, 11:10