İlham Əliyev Bakının Nəsimi rayonunda istifadəyə verilən yeni parkda yaradılan şəraitlə tanış olub

01 oktyabr 2019, 13:30
İlham Əliyev Bakının Nəsimi rayonunda istifadəyə verilən yeni parkda yaradılan şəraitlə tanış olub

Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.

Prezident İlham Əliyev paytaxtdakı binaların dam örtüklərinin təmiri və həyətlərin abadlaşdırılması barədə tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55