M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 sentyabr 2019, 17:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2019-cu il.