Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 sentyabr 2019, 20:12

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Abdurahmanov İsmət Abdurahman oğlu

İbadov Fərhad İbad oğlu

Quliyev Ağaşirin Simran oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2019-cu il.