Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

07 sentyabr 2019, 15:25

Hörmətli Emoməli Şərifoviç,

Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dost Tacikistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması yolu ilə inamla irəliləyir. Ölkəniz dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına, beynəlxalq təhlükəsizliyə və dialoqa mühüm töhfələr verir.

İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2019-cu il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55