Hörmətli Mehriban xanım.
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Hər bir cəhətdən mükəmməl insan kimi, Siz inzibati və ictimai fəaliyyəti harmonik şəkildə birləşdirərək mədəniyyət, elm və təhsil sahələrində ən yaxşı ənənələrin qorunub saxlanılmasına, Sizi yaxından tanıyan və hörmət edən xarici ölkələrlə əlaqələrin inkişafına töhfə verirsiniz. Xalqlarımızın humanitar əməkdaşlığı sahəsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində səylərinizə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.
Sizə səmimi qəlbdən cansağlığı, əmin-amanlıq, uğurlar və rifah arzulayıram.
Səmimiyyətlə,
Leonid Slutski
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri