Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovadan

31 avqust 2019, 13:20

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Əziz və möhtərəm Mehriban xanım.

İcazə verin, Sizi ad gününüz münasibətilə təbrik edim. Bu gözəl gün Sizin, ailənizin və bütün Azərbaycanın bayramıdır.

Ümumrusiya Bədii Gimnastika Federasiyası və şəxsən mən gözəl və nəcib qadın, böyük xeyirxah ürəyə malik görkəmli ictimai xadim kimi Sizə heyranıq. Sizin sözləriniz, düşüncələriniz, işləriniz, ünsiyyətləriniz və simanız Azərbaycan Prezidentinin obrazını və gözəl ölkənizi çox yaxşı tamamlayır.

Sizin əzmkar iradəniz və bütün gücünüzü ictimai fəaliyyətə və insanlara köməyə həsr etmək kimi çox yüksək bacarığınız, hər bir həyati vəziyyətdə öz prinsiplərinizə sədaqətiniz, bizim hər bir çempionumuzun da düşündüyü kimi qazanılan uğurlarla kifayətlənməmək keyfiyyətiniz səmimi ehtiram hissi doğurur.

Sizin sayənizdə Azərbaycanda idman inkişaf edir, qaliblərə layiqli şəraitdə məşq edən milli idmançılar isə ən iri dünya yarışlarında medallar qazanaraq sevimli ölkələrinə şöhrət gətirirlər.

Sizi səmimi qəlbdən təbrik edir və Sizə və yaxınlarınıza möhkəm cansağlığı, böyük xoşbəxtlik, ruh yüksəkliyi, gözəllik, tükənməz enerji, hər şeyin ən yaxşısını arzulayırıq.

Böyük ehtiram və sevgi ilə,

İrina Viner-Usmanova

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11